Avropada rüşvətin ən geniş yayılmış formaları – İNFOQRAFİYA
Sadəcə olaraq, onun forma və miqdarı ölkədən ölkəyə dəyişir. Bəzi ölkələrdə əsas rüşvət nağd pul hesab olunursa, digər yerlərdə nağd pul əvəzinə bahalı hədiyyələr tərcih edilir.
Təbii ki, korrupsiya problemi Avropa ölkələrindən də yan keçməyib. Britaniyanın “Ernst Young” təşkilatı 6 Avropa ölkəsində ən geniş yayılan rüşvət tiplərini faizlər üzrə qruplaşdırıb. Lent.az sizə bu faiz dərəcələrini təqdim edir.
Beləliklə, Şimal qonşumu olan Rusiyada rüşvətin 39%-i nağd pulla həyata keçirilir. Rus məmurların 26%-i rüşvəti bahalı hədiyyə, 25%-i isə səyahət (daha doğrusu səyahətin maliyyələşdirilməsi) şəklində qəbul edir.
Türk məmurların isə 36%-i nağd pula üstünlük verir. Qalan 32% hədiyyəni, 11% isə istirahəti seçir.
Keçmiş sosialist dövləti olan Çexiyada isə məmurlar slavyan (rus) qardaşlarından fərqli olaraq pula çox da həris deyillər. Çex məmurların cəmi 23%-i rüşvəti nağd alır. Hədiyyə və səyahəti seçənlərin isə sayları eynidir – 23%.
İspaniyada da pulla cəmi 23% məmuru ələ almaq mümkündür. Qalan 20%-i ələ almaq üçün hədiyyə vermək gərəkdir. 21% isə istirahət etdikdən sonra rüşvət verənin məsələsini həll edir.
İngilis məmurların da pula çox həris olmadıqları göz qabağındadır. Onların cəmi 13%-ni pulla ələ almaq mümkün olur. Qalan 16% hədiyyəni, 22 isə istirahəti seçir.
Nəhayət Almaniya. Burada hədiyyə və nağd pul tələb edənlərin miqdarı bərabərdir: 10% 13% isə səyahətə üstünlük verir.
Statistikada korrupsiyanın digər tipləri əks etdirilməyib. Unutmayaq ki, sadaladığımız 2 kateqoriya (hədiyyə və səyahət) üzrə rüşvət vermək üçün də pul lazımdır.
Foto “Rİa Novosti”dən götürülüb.
Vüqar Ələsgərov

447