Daşyonan şagirdliyindən məşhur heykəltəraşlığa... -
XX əsrin bədii incəsənət həyatında ən səs-küylü qalmaqallardan birinin baş qəhrəmanı italyan heykəltəraş Alçeo Dossena məşhur skripka ustaları Amati və Stradivarinin vətəni Kremonda anadan olub. Yeniyetmə yaşlarında skripka düzəltməyi öyrənib, daha sonra daşyonan usta yanında köməkçi işləyib, sonrakı illərdə isə özü müstəqil şəkildə qəbir daşları və kaminlər yonub düzəldib. Bu həyat şərtləri ilə razılaşmayan Dossena şöhrət qazanmaq ümidi ilə Romaya gedir, lakin bir ildən sonra Birinci Dünya müharibəsi başlayır və onu orduya çağırırlar.
1916-cı ilin Yeni il bayramı ərəfəsində əsgər Dossena bir neçə günlük məzuniyyətə çıxır. Roma kafelərinin birində yanaşı stolda əyləşən və özünü əntiq kolleksiyaçısı kimi təqdim edən Fazoli ilə söhbətləşir. O, Dossenanın İntibah dövrü stilində yonub işlədiyi qabarıq əl işini yüz lirəyə alır. Lakin bununla belə, Dossena bu işin ona məxsus olduğunu etiraf etmir və dostuna aid olduğunu bildirir. Lakin təcrübəli kolleksiyaçını aldatmaq elə də asan deyildi və o, işin nə yerdə olduğunu anlayır.
1919-cu ilin yanvarında Dossena ordudan tərxis edilir və onun Fazoli ilə görüşləri bərpa olunur. Heykəltəraş üçün Fazoli və digər kolleksiyaçı Palezinin sifarişləri cüzi olsa da, yaşamaq üçün yeganə qazanc mənbəyi idi.
Həqiqətdə isə rəssam kimi Dossenaya sözün əsl mənasında sənətkar demək mümkün deyildi. Bir neçə uğursuz cəhddən sonra o, fərdi yaradıcılıq fikirlərindən əl çəkir. Lakin fırıldaqçılıqda, orijinal əsərlərin saxta nüsxələrinin hazırlanmasında tayı-bərabəri olmayan Dossena ən riskli əməliyyatlara əl atır və hamısını uğurla başa çatdırırdı. Onun fitri istedadı və həssaslığı, tükənməz yaradıcılıq həvəsi, qeyri-adi texnika ilə bir bütövlük yaradırdı. O, öz yaratdığı əsərlərə, mərmər heykəllərə hər kəsdən daha yaxşı qədimilik görkəmi verməyi bacarırdı. Bu minvalla da Kremon daşyonanının şagirdi bir çox kolleksiyaçı və sərraflara kələk gələ bilirdi.
Bununla belə, o, heç bir zaman asan yola can atmırdı. O, yüksək səviyyəli, geniş diapazona malik peşəkar fırıldaqçı idi. Onun oyma bıçağının ağzından «arxaik» dövrü Afina heykəli və italyan ustaların XV əsrdə yaratdıqları heykəltəraşlıq stilinə uyğun əsərlər, eləcə də Covanni Pizano üslubunda qotik heykəllər, Mino da Fyezole və ya Deziderio da Settinyano dəst-xəttinə həddindən çox bənzəyən mərmər sarkofaqlar və digər yaradıcılıq nümunələri çıxıb.
Dossena bəzi kolleksiyaçılar üçün göydəndüşmə fürsət idi. Onun yaradıcılığını saxta sertifikatlarla və nüfuzlu ekspertlərin rəyləri ilə təmin edən kolleksiyaçılar həmin əsərlərin satışından xeyli miqdarda pul qazanırdılar. Bütün Avropa və Amerikanın antikvar dükanlarında, şəxsi kolleksiyalar və muzeylərdə Dossenanın emalatxanasında «doğulmuş», Fazoli və Palezinin əlindən keçmiş heykəltəraşlıq əsərlərinə rast gəlmək olardı. Nyu-Yorkun Metropoliten muzeyində e.ə. VI əsrdə yaşamış yunan heykəltəraşın adına yazılmış qabıq; San-Lui muzeyində «Etrusklu Diana», Klivlenddə «Arxaik Afina», Vyanada antik incəsənətin görkəmli mütəxəssisi F.Studniskin bərpa etdiyi Veliyadan «Fronton qrup», eləcə də çoxlu sayda digər yerlərdə guya Donatello, Verrokkio, Mino da Fğezole, Rosellino və İntibah dövrünün digər korifey sənətkarlarına aid olan onlarla heykəl və portretlər vardı.
Saxtakar sənətkar hətta XIV italyan rəssamı Simone Martinini də heykəltəraşa çevirir. Martininin «Annunciazione» tablosundan istifadə edən Dossena taxtadan iki heykəl - Madonna və mələk heykəli yaradır. Fazoli isə bu heykəlləri satışa çıxarır və tanınmış rəssamın bioqrafiyasını bu minvalla «zənginləşdirir».
Bütün bu çəkilən zəhmətlər çox böyük qazanc gətirir, lakin Dossenaya yox, onun patronlarına. Onlar Dossenanın düzəltdiyi və XV əsr Florentina heykəltəraşı Mino da Fezolenin stilində hazırlanmış Yekaterina Sabellonun mərmər sarkofaqının Amerikada satışından 100 min dollar qazanırlar. Bir neçə ilə Fazoli və Palezi saxta əsərlərin satışından 70 milyon lir əldə edirlər. Saxta əsərlərin müəllifinə gəlincə isə o, çox az miqdarda qazancla kifayətlənməli olurdu: patronların sədəqəsi heykəltəraşın yaşamağına yetməli, onun «işgüzar forması»nı saxlamalı və onu heç bir halda «ərköyün» etməməli idi.
Müəyyən vaxt ərzində bu hesablaşma forması özünü doğruldur. Daimi ehtiyac içərisində olan Dossena fasiləsiz çalışırdı. 1927-ci ilin may ayında onun arvadı vəfat edir. Belə bir çətin anda heykəltəraş arvadını dəfn etmək üçün pul tapa bilmir. Baş vermiş müsibətdən qəhr olan Dossena kömək üçün Fazoli və Paleziyə müraciət edir. Onlar isə yardım etməkdən boyun qaçırırlar. Əgər o an ürəkləri daş bağlamış kolleksiyaçılar bu rədd cavabı ilə başlarına nələr gələcəyini bilsəydilər, yəqin ki, özləri Dossenaya pul gətirərdilər.
Mərhum arvadının cəsədinin yanında keçirdiyi qısa may gecəsini Dossena ömrünün sonuna kimi unutmur. O, yeni günə başqasının əmrlərini sözsüz yerinə yetirən, itaətkar biri kimi yox, qisas almağı düşünən, qəti qərarlar qəbul etmək bacarığı olan adam kimi başladı. O, artıq heç nədən qorxmurdu.
Artıq müharibə elan olunmuşdu. Bütün Avropa qəzetləri ilin ən sensasiyalı xəbərini yazırdılar. Qəzetlərin manşetindən üzündə dərin qırışları və qəmli gözləri olan yaşlı adamın şəkli boylanırdı. «Dahi saxtakar» - jurnalist və tənqidçilər onu məhz belə adlandırırdılar. Onun saxta əsərlərinin şəkilləri bütün dünyanın qəzet və jurnallarını üz qabığını bəzəyirdi.
İri kolleksiyaçılar və bir çox muzeylərin əməkdaşları məyus olmaqla bərabər, həm də çətin vəziyyətə düşmüşdülər. Onlar böyük miqdarda pulları havaya sovrulmaqla yanaşı, eyni zamanda karikaturaların və istehzalı gülüşlərin obyektinə çevrilmişdilər. Çoxları eşitdiklərinə inanmaq istəmirdi.
Qısa bir müddət əvvəl Fazolidən böyük miqdarda pul qarşılığında «arxaik» dövr Afina heykəlini alan amerikalı antikvarçı Yakob Qirş Nyu-Yorkdan Romaya gəlir. Dossena emalatxanasında ən inandırıcı dəlilləri ona təqdim edir. Qirş özünün uzun illik fəaliyyəti dövründə ən böyük məğlubiyyətin etiraf edir.
Doktor Hans Kyurlixin Dossenaın emalatxanasından çəkdiyi film bu böyük qalmaqala inanmayanların sön ümidlərini puça çıxarır. Heykəltəraş kinokameraların obyektivi qarşısında sakit və təmkinlə özünün sonuncu, bu dəfə əfsanəvi saxtakarlığını - ilahənin «antik» heykəlini yaradır.
İndi istənilən rəssam Dossenanın şöhrətinə qibtə edə bilərdi. Onun haqqında film çəkilir, ondan müsahibələr alınır, qalın-qalın sənətşünaslıq jurnallarında onun yaradıcılığı haqqında məqalələr yazılırdı. 1929-cu ildə Koroni qalereyası Neapolda onun əl işlərindən ibarət böyük sərgi təşkil edir. Sonrakı il belə sərgilər Berlin, Münhen və Kölndə təşkil olunur.
Böyük, dahi… O zaman Dossenanı çox səxavətlə bu cür epitetlərlə mükafatlandırırdılar. Lakin onlar yalnız sadə publikanı inandıra bilərdilər. Onun bütün əl işləri bir yerə toplandıqdan sonra incəsənəti dərindən bilənlər belə, yaradıcı rəssamın işini orijinaldan ayırmağa çətinlik çəkirdilər. Hər şeyi uyğunlaşdırmaq olar: üslub, texnika, fərdi metodlar, dövrün ruhunu, hətta zamanın patinini (qədim mis və ya tunc üzərində əmələ gələn qəhvəyi-yaşıl pas). Lakin bircə şeyi yamsılamaq olmaz: rəssamın öz əsərini yaratdığı zaman ona sərf etdiyi hissləri, emosiyaları, dünyanın özünəməxsus dərkini... Amma Dossena istisna idi. Öz həmkarları arasında sənətinə görə o, daha şanslı idi.
Qeyd etmək lazımdır ki, Fazoli və Palezi çox ehtiyatlı davranaraq bir adama Dossenanın ancaq bir əl işini satırdılar. Bütün yaradıcılıq nümunələri bir zala toplandıqdan sonra rəssamın eyni əsərə bir neçə cür yanaşma tərzi ortaya çıxdı. Bütün heykəllər müəyyən mənada biri-birinə oxşayırdılar. Məsələn, hiss olunurdu ki, bütün heykəllərin burunları eyni adam tərəfindən düzəldilib. Eyni zamanda saxtakarı zədələrin çox düşünülmüş və ehtiyatlı xarakteri də ələ verirdi. Dossena da bütün ustalar kimi heykəlin hansısa ikinci dərəcəli detallarını kəsib götürürdü. Lakin çox eybəcərləşdirilmiş heykəlin də qiyməti aşağı olurdu.
Dossena əvvəl gündən ifşa olunmaqdan qorxmurdu. Onun əsərlərini Fazoli və Palezi satırdılar və o, öz şedevrləri üçün demək olar ki, pul almırdı. Ona görə də törətdiyi əmələ görə hüquqi məsuliyyət daşımadı.
Hadisələrdən bir neçə il keçdikdən sonra 1936-cı ildə italyan qəzetləri səhifələrində qısa informasiya yerləşdirirlər: heykəltəraş Alçeo Dossena ömrünün 60-cı ilində vəfat etdi.
Ölümündən az sonra artıq «dahi saxtakar»ın adı çoxlarına heç nəyi xatırlatmırdı. Onun özü də “əsərləri” kimi tez unuduldu...
Yaqut Əliyeva

612