Lujkovun Medvedevə son məktubu – MƏTN
Moskvanın keçmiş meri Yuri Lujkov Rusiya prezidenti Dmitri Medvedevə məktub yazıb. Lent.az-ın məlumatına görə, məktub Rusiya mətbuatında dərc edilib.
Maraqlıdır ki, Lujkov məktubu hələ istefaya göndərilməsindən öncə prezidentə göndərib. Amma Medvedev Moskva merinin vəzifədən çıxarılması barədə sərəncamı məktubu oxumamışdan öncə imzalayıb. Məktubun mətnini təqdim edirik.
Cənab Prezident!
2010-cu il sentyabrın 17-də Sizin administrasiyanızın rəhbəri cənab Narışkin S.Y. məni Kremlə dəvət edərək bildirdi ki, mənim Moskva şəhəri meri vəzifəsindən istefamla bağlı Sizin adınızdan tapşırığı var.
Təbii ki, mən səlahiyyətlərimin vaxtından əvvəl dayandırılmasının hansı əsasları olduğunu soruşdum. Cavab isə “etibarsızlıq” oldu. Mənim “etibarsızlığın” nəyə əsaslandığı ilə bağlı sualıma dəqiq cavab olmadı. Qısa və məzmunsuz söhbətdən sonra mənə “öz xahişimlə” ərizə yazmaq təklif olundu və bildirildi ki, o zaman “sakitcə gedəcəm”. Əgər bu olmasa, Prezidentin Fərmanı ilə yuxarıda göstərilən əsasda işdən azad ediləcəyəm. Mənə “sabaha” kimi düşünmək üçün vaxt verildi, amma ertəsi gün mənim tərəfimdən razılıq olmayacağını başa düşəndən sonra, bir həftə düşünmək təklif edildi. Özü də ki, bu həftə mənim əvvəlcədən planlaşdırılmış məzuniyyət həftəm idi.
Mənə analiz üçün ayrılan bir həftə bir çoxlarını düşündürən məsələləri formalaşdırmağa imkan verdi.
Əvvəlcə Sizin Yaroslavl forumunda çılğınlıqla danışdığınız ölkədəki demokratiya barədə.
Demokratiyanın ilk nişanələrini Moskva və Sankt-Peterburq qubernator və merlərinin birbaşa seçkisi ilə bağlı cənab Poznerə onun TV proqramında səmimi cavabımdan sonra öz üzərimdə hiss etməyə başladım. Bu cavabı əvvəlki kimi düzgün sayıram – azad seçkiləri qaytarmaq vacibdir. Ertəsi gün isə Siz bəyanat verdiniz: “Kim razı deyilsə, gedə bilər”.
Mən istefa ərizəmlə Sizin yanınıza gəldim. Siz isə onu oxumadınız və qəbul etmədiniz. Orada isə təkcə mənim istefamdan söhbət getmirdi. Bəlkə bəyanatda ən əsası o idi ki, bizim ölkəmizdə 37-ci ildən bu yana öz fikrini demək qorxusu var. Əgər ölkə rəhbərliyi bu qorxunu dəstəkləyirsə, əgər bizim Dövlət Dumamızda parlamentin diskussiya yeri olmadığını deyirlərsə, onda ölkənin ancaq bir rəhbəri olduğu, onun sözlərinin qranitə həkk edildiyi və ona hər yerdə və həmişə sözsüz tabe olmaq lazım olduğu vəziyyətə keçmək çox asandır. Bunu Sizin “demokratiyanı inkişaf etdirmək” çağırışlarınzla necə müqayisə etmək olar?
Sizin Yaroslavl forumunda verdiyiniz demokratiya haqqında daha bir bəyanatınız barədə: “Kim razı deyilsə, müxalifətə keçə bilər”. Bu, tarixi “kim bizimlə deyilsə, bizə qarşıdır” termininə oxşayır. Bu, Sizin təqaüdçülərə başqa undan bişirilən çörək vermək lazım olduğu barədə sözlərinizlə razı olmayanların avtomatik müxalifətə keçməsi anlamına gəlmir?
Moskva merinə qarşı informasiya terroru da narahatlıq doğurur. Mən burada Lujkov demirəm. Sizə özünüzünkü olan digər Moskva meri lazımdır. Lujkov müstəqildir və narahatlıq doğurur. Böyük seçkilərə əvvəlcədən hazırlaşmaq və başqasını təyin etmək gərəkdir. Bu, anlaşılandır.
Buna qədər Kremldən gələn komanda ilə merə qarşı misli görünməyən gözdənsalma kampaniyası başlanılmışdı. Bu kampaniyanın ölçüləri o miqyasa çatmışdı ki, dahi Qalina Vişnevskaya onu sovet dövründə Mistislav Rastrapoviçə və onun özünə qarşı kampaniya ilə müqayisə etmişdi. Artıq tarixi analoqları göstərmək istəmirəm. Onlar isə kifayət qədərdir.
Hücumlara əsas kimi “Moskovski komsomolets” və “Rossiyskaya qazeta”dakı məqalələr idi. Açıq deyim, “MK”dakı məqaləni mən yazmamışam, amma onunla razıyam. Meri məqalə ilə razı olduğu üçün izləmək?
“RQ”dəki məqalənin müəllifi isə mənəm. Bunun tarixi sadədir: Sizin administrasiyanız təsərrüfat işçisi kimi Ximkinsk meşəsindən keçən yolla bağlı münaqişəyə qiymət verməyimi təklif etdi. Mən əvvəlcə imtina edirdim: mövzu mənlik deyil, yol Moskva vilayətindədir. Amma təkidlər qarşısında geri çəkildim və şəhərsalma üzrə mütəxəssis kimi fikrimi dərc etdim. Bu isə məlum reaksiyaya səbəb oldu.
Beləliklə, bu iki məqalə merə qarşı misli görünməyə hücuma gətirib çıxartdı. Bu o deməkdir ki, məqalə səbəb deyil, Sizin administrasiyanızın meri vəzifəsindən çıxartmaq üçün mütləq tapacağı bəhanə oldu. Bu halda olmasa da, digər halda.
Tapşırıq qoyulub: aradan götürmək. Bəhanə tapılıb. İşə başlayın!
Hər şey orduda olduğu kimidir. Üsul isə çoxdan məlumdur: ictimaiyyətin gözü qarşısında ləkələmək. Vasitələr isə müxtəlifdir, o cümlədən maliyyə cəhətdən. Pərdə: “administrasiyadakı adı çəkilməyən mənbə”. Təsir obyekti: cəmiyyət. Son məqsəd: nəzarətdə olan KİV-lərin dəhşətli təzyiqi ilə meri istefaya məcbur etmək və ya cəmiyyəti müvafiq şəkildə inandıraraq onu işdən azad etmək.
Cənab Prezident, ictimaiyyət Sizinlə razı deyil! Birincisi, “Kremldəki adı çəkilməyən mənbə”. Bu, pis qoxu gələn məsələ çevrilib. Onsuz da KİV-dəki kampaniyanı Sizinlə bağlayırlar. Ola bilər ki, Siz birbaşa göstəriş verməmisiniz. Amma Siz özbaşnalıq barədə bilmisiniz və qarşısını almamısınız. Son nəticədə bu əsasdır.
Təkrar edirəm: ictimaiyyət Sizinlə razı deyil. Moskvanın heç bir ictimai və professional təşkilatı yoxdur ki, KİV-dəki bu kampaniyanı pisləməsin və meri dəstəkləməsin.
Mən öz merini dəstəkləyən moskvalılara təşəkkür edirəm. Amma inanın, moskvalıların (və təkcə onların deyil) güclü etirazını merin şəxsiyyəti ilə deyil, belə çirkli işə və cəmiyyəti axmaq yerinə qoymağın yolverilməzliyinə reaksiya kimi dəyərləndirirəm. Bu müharibənin qalmaqallı mərhələsi merin dəstəyi ilə bağlı TVS-də “Həqiqət anı” proqramının efirə qoyulmamasıdır. Bu proqram Kreml qadağasından sonra bütün dünyada məşhurlaşıb.
Bu, əsl senzuradır! Əgər, Sizin fikrinizcə, bütün bunlar demokratiyadırsa, onda həqiqətin harada olduğu məlum deyil: Yaroslavl forumunda, yoxsa real həyatda?
İndi vəziyyət barədə.
Sizin administrasiyanızı Sizin razılığınızla və ya xəbəriniz olmadan vəziyyəti dalana dirəyiblər. Bəzi “nemtsvolular” və “həmişə narazılar” “Cənab Prezident, Siz Lujkovu vəzifədən çıxartmasanız, zəif rəhbərsiniz” qışqırmaq imkanı qazanıblar.
Digər tərəfdən, mənim yazdığım məqaləni əsas götürmək özü əsassızdır. Məni könüllü istefaya inandırmaq da mümkün deyil. Mer kreslosundan yapışmıram, amma moskvalılara xidmət üzərində əsirəm.
İki variant var: ciddi əsaslar taparaq məni işdən azad etmək, ya da Sizə belə vəhşi xidmət göstərənlərdən ictimaiyyətin gözü qarşısında imtina etmək.
Qərar Sizindir, cənab Prezident.
Səmimi qəlbdən. Lujkov Y.M.

720