İran ərəblər arasında müttəfiq axtarır
Amma Fələstin-İsrail, Suriya-İsrail, Livan-İsrail münasibətlərinin yaxşılaşmasını əngəlləməklə əsl niyyətini gizlədə bilmir.
Ötən gün İran prezidenti Mahmud Əhmədinijat Qətərin paytaxtı Dohada rəsmi səfərdə olub.
Lent.az-ın İran radiosuna istinadən məlumatında bildirilib ki, Tehran rəsmisi bu ərəb dövləti ilə İslam Respublikası arasında möhkəm əlaqələrin olduğunu söyləyib.
Qətər şeyxi Hamad bin Xəlifə əl –Tani ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında Əhmədinijat deyib ki, İranla qonağı olduğu dövlət dünyadakı, eləcə də bölgədəki, özəlliklə Əfqanıstan, İraq və Fələstin məsələlərinə oxşar mövqedən yanaşırlar.
Tərəflər ikitərəfli əlaqələri, bunu perspektivini, habelə bölgə və beynəlxalq məsələləri müzakirə edib, qarşılıqlı maraqlardan danışıblar.
Qətərin əmiri müzakirə etdikləri məsələlərlə bağlı anlaşdıqlarını bildirib: «Biz ümid edirik ki, əldə edilmiş anlaşma bölgə dövlətlərinin təhlükəsizliyi və dostluğuna xidmət edəcək».
Ər-Rİyadla Tehran arasında münasibətlərin yaxşılaşması üçün Qətərin vasitəçiliyi ilə bağlı verilən sualı şeyx Hamad belə cavablandırıb: «Səudiyyə Ərəbistanı və başqa ərəb dövlətlərinə səfərimiz zamanı biz çeşidli siyasi məsələləri, o cümlədən mövcud problemləri və beynəlxalq münasibətlərdəki fikir ayrılığını müzakirə edirik».
İran prezidenti isə qeyd edib ki, İslam Respublikasına istənilən hərbi müdaxilə «İsrailini məhv olması ilə nəticələnə bilər». «ABŞ və sionistlər yaxşı bilir ki, İrana qarşı kiçicik aksiya sionist rejiminin yer üzündən silinməsi deməkdir» - deyə, iranlı qonaq İsrail və ABŞ-ı hədələyib.
Qətərlə İran hakimiyyəti biri-birinə təriflər yağdırdığı bir halda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bankları İrana valyuta köçürməkdən imtina etdiyini bildirib.
Adının çəkilməsini istəməyən əmirlik rəsmisi deyib ki, ölkə banklarının çoxu artıq İslam Respublikasına valyuta köçürməkdən imtina edib. O, bu aksiyanın BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları ilə əlaqədar olduğunu vurğulayıb.
İranla əmirliklə İran arasında illik mal–ticarət dövriyyəsi ötən il 10 milyard dollar olub. Onu da qeyd edək ki, BƏƏ İrana ən çox mal ixrac edən ölkələrdəndir.
Başqa bir ərəb dövlətinin, Misirin isə İranla siyasi-iqtisad və diplomatik münasibətləri 30 ildən artıqdır ki, qaydasına düşmür. ABŞ-da İsrail-Fələstin birbaşa danışıqları zamanı İran xarici işlər naziri Mənuçehr Müttəkinin Misirə rəsmi səfərini Qahirə təxirə saldı.
Orucluğu başa çatması ilə bağlı çıxışında Misir prezidenti Hüsnü Mübarək İranın sürətlə silahlanmasına işarə edərək, onun güclənməsində rahatsız olduğunu söyləyib. O, İslam
Respublikasının adını dilinə gətirməsə də bu dövlətin körfəzdə, eləcə də Yaxın və Orta Şərqdə yeni təhlükə meydanı yaratmağa çalışdığını bildirib: «İslam dünyası Ramazanı bayrama hazırlaşır. Bununla belə indiki şəraitdə ərəb və müsəlmanlar üçün yeni çətin dövrün başladığını da nəzərə almamaq mümkün deyil» .
Beləliklə, İran körfəz dövlətləri, özəlliklə ərəblər arasında özünə müttəfiq axtarmaqdadır. Bununla da o, qarşıdan gələn ciddi problemləri önlə biləcəyinə səy göstərir.
Sədrəddin Soltan

637