Keçmiş baş kəşfiyyatçı: “İranı vurmağın vaxtı yetişib”
İranla ABŞ arasında “soyuq savaş” dövrünə oxşar söz döyüşməsi davam edir.
Lent.az-ın “mignews”-a istinadən məlumatında bildirilib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş baş direktoru Maykl Heyden İslam Respublikasına qarşı hərbi əməliyyatlara başlamağın vacibliyini “əvvəlki illərlə müqayisədə indi daha çox əsaslandımaq olar”.
Onun sözlərinə görə, ABŞ-ın və başqa dövlətlərin diplomatik cəhdlərinə baxmayaraq, Tehran şübhəli nüvə proqramını fəal surətdə davam etdirir.
Maykl Heyden kiçik Corc Buşun hakimiyyəti illərində Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olub.
CNN-nin “State of the Union” verilişinə müsahibəsində o, deyib: “Mənə elə gəlir, İran nüvə silahı əldə etməyə çox yaxındır. Belə bir şəraitdə ABŞ ordusunun İranın nüvə obyektlərinə zərbələr endirməsi az ziyan verəcək”.
İslam Respublikasının müdafiə naziri Əhməd Vahidi isə istənilən hərbi hücuma qarşı duruş gətirəcəklərini bəyan edib .
Xatırladaq ki, İran televiziyası İsrailin İslam Respublikasına endirəcəyi istənilən hərbi zərbəni Respublikaçılar Partiyasının Konqresdəki təmsilçilərinin dəstəkləyəcəyi haqda xəbər yayıb.
Tehran rəsmilərinin bəyanatına görə, respublikaçıların bu sayaq planlarından narahat deyillər. Ə.Vahidinin qənaətincə, belə məlumatlar Orta Şərqdə ABŞ-ın gərginliyi saxlaması üçün apardığı təbliğat kampaniyasının tərkib hissəsidir. “ABŞ və İsrail İranın hərbi gücündən xəbərsizdir” - deyə, nazir söyləyib.
İran İnqilab Keşikçiləri Qvardiyasının keçmiş komandanı, general-mayor Mürtəza Səfəri isə bəyan edib ki, hərbi münaqişə baş verəcəyi halda İslam Respublikası ABŞ-ın körfəzdəki hər hərbi gəmisinə qarşı yüz gəmi çıxaracaqlar. O, əlavə edib ki, hazırda körfəzdə xarici dövlətlərə aid yüz gəmi üzür. “Orada İran Hərbi Dəniz Donanmasının sürətli və manevr etmək qabiliyyət olan çoxlu sayda kateri mövcuddur” - deyə, general-mayor söyləyib.
Son günlər İran rəsmilərinin atom-nüvə proqramı ilə bağlı verdiyi bəyanatlar Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş baş direktoru Maykl Heyden və Rusiya prezidenti Dmitri Medvedevin “İran nüvə silahına çox yaxındır” qənaətlərini təsdiqləyir. İslam Respublikası Atom Enerji Təşkilatının başçısı Əliəkbər Salehi ötən gün deyib ki, Tehran nüvə sintezi istiqamətində fəaliyyətini sürətləndirmək niyyətindədir və proqramın maliyyələşdirilməsi üçün xüsusi fond yaradacaq. Onun sözlərinə görə, İran bu sahədə uzun illərdir araşdırma aparır: “Bundan sonra fəaliyyətimiz daha ciddi əsaslarla davam edəcək”.
Tərəflərin bəyanatlarına əsasən belə ehtimal etmək olar ki, İran hakimiyyəti sanksiyalara məhəl qoymamaq, danışıqları uzatmaqla deyəsən doğrudan da nüvə bombası əldə etməyə yaxındır. Elə məsələ ətrafında 2005-ci ildən bəri mənasız və nəticəsiz danışıqlar da bu ehtimalı təsdiqləyə bilər. Həmin ilin mayında Tehran Qərblə danışıqları o ilin yayında keçirilən prezident seçkisindən sonraya saxlamağı təklif etmişdi. Həmin il Mahmud Əhmədinijat prezident oldu. O vaxtdan indiyədək dünya ictimaiyyətinə İranın atom-nüvə proqramı ilə bağlı irəliləyiş bəlli deyil.
Sədrəddin Soltan

580