Tehranın tacik sevgisi: bəs Güney Azərbaycan türkləri neyləsin?
Tacikistan İslam Respublikası ilə viza rejiminin ləğvinə hazır olmadığını bildirib
Tehran hakimiyyəti Tacikistan Respublikası ilə hərtərəfli əlaqələri genişləndirir, bir sıra hallarda bu ölkəyə əvəzsiz yardımlar edir.
Lent.az-ın “İRNA”-ya istinadən məlumatına görə, İslam Respublikasının Düşənbədəki səfiri Əliəsgər Şeirdust iyunun 10-da İran prezidenti Mahmud Əhmədinijatın Tacikistana səfər edəcəyini deyib. Bu səfər Tacikistan prezidenti İmaməli Rəhmanın təşəbbüsü ilə keçirilən “Həyat üçün su” beynəlxalq konfransı çərçivəsində gerçəkləşdirilir.
Düşənbədə M.Əhmədinijat tacik həmkarı ilə tərəfləri maraqlandıran məsələləri müzakirə edəcək. Tehran rəsmisinin Tacikistanda yaşayan iranlılar və bu ölkənin mədəniyyət xadimləri ilə görüşləri də planlaşdırılıb. Onu bu səfərdə xarici işlər naziri Mənuçehr Müttəki, energetika naziri Məcid Nəmcu və İran parlamentinin deputatları müşayiət edəcək.
“Həyat üçün su” konfransı çərçivəsində İran, Tacikistan və Əfqanıstanın energetika nazirlərinin su və enerji ehtiyatlarından birgə istifadə sahəsində əməkdaşlığa dair məsələləri də müzakirə edəcəkləri planlaşdırılır.
“Həyat üçün su” BMT tərəfindən 2005-ci ildə elan olunub. 10 illik layihə su ehtiyatlarından istifadəni və onun çatışmazlığının aradan qaldırılması yollarının axtarılmasını özündə əks etdirir. 70 dövlətin təmsilçilərinin iştirak edəcəyi toplantı iyunun 8-dən 10-dək davam edəcək.
Xatırladaq ki, ötən ay İran tərəfi Tacikistanla vizasız rejimə keçid barədə danışıqlar aparıb. Müzakirələrin nəticəsində rəsmi Düşənbə vizasız rejimi ləğv etməyə hazır olmadığını bildirib. Bundan sonra Tacikistan vətəndaşları Tehranın hava limanında İslam Respublikasının vizasını ala bilər. İran iqtisadiyyatına 500 min dollar sərmayə qoymuş tacik iş adamları və tələbələr illik viza ilə təmin olunacaq.
Onu da qeyd edək ki, İ.Rəhmanla M.Əhmədinijat arasında keçirilən görüş zamanı vizasız rejim məsələsi dəfələrlə müzakirə edilib.
Bu dövlətlər arasında əlaqələri iranlı diplomat Əliəsgər Şeirdust müsahibələrinin birində belə xarakterizə edib: “İran Tacikistanın müstəqilliyinin tanıyan ilk dövlətdir. Bizi Asiyada ortaq dil, mədəniyyət, tarix və adət-ənənə birləşdirir. Son zamanlar Düşənbə və Tehran arasında diplomatik, iqtisadi-ticarət və mədəni əlaqələr genişlənib. İran, Tacikistan və Əfqanıstan arasında birliyin yaranması istiqamətində yüksək səviyyədə danışıqlar aparılır”.
Onun sözlərinə görə, bu üç dövlətin əlaqələrinin daha sıx olması üçün bütün şərtlər mövcuddur.
Mədəniyyət və tarix sahəsində əlaqələrin genişləndirilməsindən ötrü təcrübə mübadiləsinin aparıldığını deyən Ə.Şeirdust üç dövlət arasında dil baryerinin olmadığını söyləyib: “Bu məsələdə yeganə fərq dilin adlandırılmasıdır – Əfqanıstanda “dari”, Tacikistanda “tocik”, İranda isə “fars” deyilir. Amma bu dillərin üçü də eyni kökdəndir. Bizim yalnız dilimiz və mədəniyyətimiz eyni deyil, problemlərimiz də oxşardır. Buna görə də onları həll etmək üçün bizə birləşmək lazımdır”.
Əslində, İranla Tacikistan arasında münasibətlərin inkişafı, dərinləşməsi təbii bir prosesdir. Taciklərlə İranda yaşayan farsların eyni kökdən olduğu hər kəsə bəllidir. Bu baxımdan, farslarla taciklərin əlaqəsi təbii sayıla bilər. Amma məsələ burasındadır ki, İrandakı hakim dairələr taciklərlə farsları eyni etnik qrupdan saydıqları halda, nədən Azərbaycan türklərinin “türk” adlanmasından qıcıqlanır, onların türk dünyasından ayrılmasına hər vəchlə mane olmağa çalışır. Güneydə Azərbaycan türklərinin milli haqlarını tələb edənlərə hakimiyyət “pantürkçü”, “panturançı” damğası vuraraq, təqib edir, təzyiqlərə məruz qoyur. Bu azmış kimi, millətin adını “azəri” adlandıraraq, Azərbaycan türklərinin milli varlığını danır, onu assimilyasiya etmək üçün siyasət yürüdür. Eləcə də İranı fars dilli dövlət saymaqda ölkədəki çeşidli etnik qrupların, o cümlədən Azərbaycan türklərinin milli mənsubiyyətini aşağılamaq, onlara etina etməməkdir.
Tacikistana fars dilində ədəbiyyat göndərib, onunla mədəni sahədə əməkdaşlığı genişləndirən Tehran Güneyli-Quzeyli Azərbaycan türklərinin biri-birinə yaxınlaşmasını əngəlləyir. İran İslam Respublikası büdcəsinin formalaşmasında Güney Azərbaycan türklərinin rolu əvəzsizdir. Ancaq onların milli-mədəni məsələlərinin inkişafına İran rəhbərliyi bir qran belə xərcləmir. Bakıda keçirilən Dünya Azərbaycanlılarının toplantısında dövlət başçısı İlham Əliyev dünyada 50 milyon azərbaycanlının olduğunu söyləyəndə İran İslam Respublikasının çeşidli rəsmi dairləri, o cümlədən Tehranın ölkəmizdəki səfiri hay-küy saldı. Amma Tehranda bu cür düşünənlər də yaxşı bilir ki, Güney və Quzey Azərbaycan türkləri biri-birinə daha yaxındır, nəinki taciklərlə farslar. Taciklərlə farsların ayıran məqamlar olduğu halda, güneyli-quzeyli türklərin ayrıcı nöqtələri belə yoxdur. Bu birliyi parçalayıb, bir millətini milli varlığını inkar edən bir hakimiyyətin yürütdüyü siyasətin alt qatında panfarsçılıqdan başqa nə dura bilər?
Azərbaycan Respublikasının İranla viza rejimini ləğv etməməsindən ölkəmizə qarşı təbliğat vasitəsi kimi istifadə edən Tehran Tacikistanın oxşar addımının üstündən sükutla keçdi. Görünür, Tacikistanın təhlükəsizliyi İran hakimiyyətinə respublikamızınkından daha önəmlidir. Axı, İslam Respublikası Güney Azərbaycan türkünə hansı gözlə baxırsa, quzeydəki müstəqil Azərbaycan dövlətinə də o nəzərlə baxır… (İrandakı din xadimlərinin ötən ay ölkəmizə qarşı hədələyici çıxışlarını xatırlamaq fikrimizcə yetərlidir).
Yeri gəlmişkən, İranın Tacikistandakı səfiri Ələsgər Şeirdust haqqında. Fars etnik qrupunun təəssübünü çəkən iranlı diplomat panfarsizmin milli əritmə siyasətinə qurban olmuş Azərbaycan türküdür. Təbrizdən olan bu diplomat 1990-cı illərdə dəfələrlə Bakıda olub. Məhəmməd Füzulinin 500 illiyi ilə bağlı tədbirdə iştirak edib. Azərbaycanın bu böyük şəxsiyyətinin Tehranda fars və ərəb dilində çap olunmuş əsərlərini Heydər Əliyevə təqdim etmişdi. Ə.Şeirdust ondan “Füzulinın ana dilində də əsərləri var. Niyə siz onun ancaq fars və ərəb dilində olan əsərlərini çap etmisiniz?” - etirazını eşitmişdi...
Sədrəddin Soltan

625