İran hələ də Rusiyaya inanır
Rusiya İranda Buşəhr Atom Elektrik Stansiyasının işə düşməsini və S-300 Zenit Raket qurğusunun İslam Respublikasına ötürülməsini günü-günə satmaqla gecikdirir.
Xatırladaq ki, RF-nin mütəxəssisləri 15 ilə yaxındır ki, İranın adı çəkilən nüvə obyektində çalışır. Ötən bu müddət ərzində ruslar hər il Tehran “cari ilin yazında” və ya “payızında” deməklə vaxtı çeşidli bəhanələr, məsələn, maliyyə çatışmazlığı, maliyyə böhranı və s. ilə uzadırlar.
Moskva Tehrana götürdüyü öhdəliyi yerinə yetirməyəcəyini də bildirmir. “Acın canı yalançının əlində olar” məsəlində olduğu kimi, İslam Respublikası da beynəlxalq arenada RF-nin dəstəyinə arxalandığından ruslara qarşı sərt çıxış edə bilmir.
Son zamanlar seçkidən sonrakı müxalifətin çıxışlarında Rusiyaya qarşı şüarlar səslənir. Amma bu, onun yuxarıda bəhs etdiyimiz öhdəlikləri yerinə yetirə bilməməsi ilə bağlı deyil. RF rəsmiləri İrandakı seçki saxtakarlığını dəstəklədikləri üçün etirazçıların kəskin şüarlarına tuş gəliblər.
Düzdür, hələ bir neçə il öncə İran parlamentinin üzvlərindən biri bildirmişdi ki, Rusiya tarixən İranı aldadıb. Ona görə də həmin deputat ingilislər və amerikalılarla birbaşa münasibət qurmağı təklif edirdi.
Ötən gün bəlli olub ki, Rusiya İrana S-300 zenit-raket qurğusunu verməyib. Bu fakt isə rəsmi Tehranın narazılığına səbəb olub. İslam Respublikasının Moskvadakı səfiri Mahmudrza Səcəli bəyan edib ki, qurğunun çatdırılmasını gecikdirməklə Rusiya öz nüfuzuna zərbə vurur. Onun sözlərinə görə, ABŞ körfəzdə Hava Hücumundan Müdafiə sistemini “müqaviləsiz yerləşdirir”. İranlı diplomat İsrailin İslam Respublikasının nüvə obyektlərinə hücumuna münasibət bildirərək, deyib ki, İsrail “Həmas” və “Hizbulla”nı öhdəsindən gələ bilməyib və ona məğlub oldu. O, deyib ki, yəhudi dövləti İrana hücum edəcəyi halda “bütün istiqamətlərdən cavab alacaq”, İsrailə qarşı müqavimətdə “İran yalnız olmaycaq”.
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Vladimir Nazarov bildirib ki, Moskva bu müqavilədən irəli gələn bütün öhdəliklərə əməl edəcək.
S-300 kompleksi ilə bir milyard dollarlıq müqavilə 4 ildir imzalanıb.
İranın həm atom-nüvə proqramı, həm də raket əldə etməsi ilə bağlı məsələyə ABŞ başda olmaqla onun Qərbdəki müttəfiqləri çox həssas yanaşırlar. Hətta Rusiya İslam Respublikası ilə bu istiqamətdə əlaqələrinə görə, qərblilər tərəfindən dəfələrlə qınanıb da. Bu məsələyə İsraildə həssaslıq göstərir. Ehtimal etmək olar ki, bu səbəbdən də Zenit Raket qurğusu ilə bağlı xəbər İsrailin baş naziri Binyamin Netanyahunun Moskvaya səfəri ərəfəsinə təsadüf edib. Qeyd edək ki, bu gün yəhudi dövlətinin hökumət başçısının Moskvaya gələcək. O, burada Rusiya prezidenti Dmitri Medvedev və baş nazir Vladimir Putinlə görüşəcək. Bu baxımdan, ehtimal etmək olar ki, rəsm Moskva İsrail qarşısında beynəlxalq ictimaiyyətə məlum olmayan öhdəlikləri yerinə yetirdiyini sübut etmək üçün belə bir səfər öncəsi S-300-lə bağlı xəbərin yayılmasında maraqlı olub.
Sədrəddin Soltan

621