Qadın iki arvadı olan ərini  İFŞA etdi
14 iyul 2024 16:58 (UTC +04:00)

Qadın iki arvadı olan ərini İFŞA etdi

ABŞ-da qadın təsadüfən ikiarvadlı olduğu ortaya çıxan ərini ifşa edib. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Texas ştatının Hyuston şəhərinin sakini Tammi 2012-ci ildə Markus Andru Şortenlə ailə həyatı qurub. O, əri ilə 2019-cu ildə ayrıldığını, lakin Şorten ailəsinin onu "uduzan" hesab etməsini istəmədiyi üçün boşanmadığını söyləyib. Üstəlik, Tammi onun üçüncü arvadı olub.

2023-cü ilin sonunda Tammi sosial şəbəkələrdən ərinin yenidən evləndiyini öyrənib. O, ikiarvadlılığın nəticələri barədə xəbərdar etmək üçün onunla əlaqə saxlayıb. “Mən ona dedim ki, “Nə etdiyinizi dünyaya deməzdən əvvəl, bunu düzgün etdiyinizə əmin olun”, - Tammi deyib. Sənədlərə görə, Şorten və sonuncu həyat yoldaşı, nəhayət 2024-cü ilin yanvarında evləniblər.

Tammi, nəhayət polislə əlaqə saxlayıb. 53 yaşlı Şorten ikiarvadlılıqda ittiham olunsa da, həbs olunmayıb. Jurnalistlərlə söhbətində o, evli olmadığını bildirib. Onun sözlərinə görə, ona qarşı irəli sürülən ittihamlardan xəbəri olmayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4866
avatar

Oxşar yazılar