Qadın gənc sevgilisi ilə münasibəti üçün  saxta pasport   aldı
18 dekabr 2023 19:38 (UTC +04:00)

Qadın gənc sevgilisi ilə münasibəti üçün saxta pasport aldı


 
Çinli qadın özündən 17 yaş kiçik sevgilisindən yaşını gizlətmək üçün saxta pasport alıb və cərimələnib.
 
Lent.az-ın xarici mediaya istinadən məlumat verir ki, 41 yaşlı qadın 24 yaşlı tərəfdaşı ilə birlikdə Yaponiyaya uçmalı olduğu Pekin hava limanında yaxalanıb. İmmiqrasiya məmuru çinli qadının pasport məlumatlarının qəribə göründüyünü görüb və onları yenidən yoxlamaq qərarına gəlib.

Qadın əsəbiləşməyə başlayıb və sənədi hava limanı əməkdaşının əlindən almağa çalışıb. O, sevgilisindən onun saxtakarlığını ortaya çıxaracağından ehtiyat edərək pasport nəzarətindən keçməsini və onu gözləməməsini də istəyib.


 
Tezliklə məlum olub ki, qadının doğum tarixi fərqli olan iki Çin pasportu var. Araşdırma zamanı o da məlum olub ki, sənədlərdən biri saxtadır. Çinli qadın gənc sevgilisi ilə münasibətini saxlamaq üçün doğum tarixini saxtalaşdırdığını etiraf edib.

Kişinin əsl yaşını bilsə, onu tərk edəcəyindən qorxub. Daha sonra qadın 6,5 min yuana (915 dollara) saxta pasport alıb, burada onun cəmi 27 yaşı olduğu yazılıb. Çinli qadın üç min yuan (400 dollardan çox) məbləğində cərimələnib. Saxta sənəd müsadirə edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5337
avatar

Oxşar yazılar