Maşınist relslərin kənarında dayanan qadını xilas edib onunla evləndi
01 noyabr 2024 18:41 (UTC +04:00)

Maşınist relslərin kənarında dayanan qadını xilas edib onunla evləndi

Böyük Britaniyada qatar maşınisti dəmir yolu körpüsünün kənarında dayanan qadını xilas edərək evlənib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Şarlotta Lay həyatında çətin problemlərdən əziyyət çəkdiyi üçün körpünün kənarında dayandığını deyib. Onu yoldan keçən qatarın Deyv adlı sürücüsü görüb. O, qatarı saxlayaraq, danışmaq və onu daha təhlükəsiz yerə aparmaq üçün qadının yanına gedib.

30 dəqiqəlik ünsiyyətdən sonra Şarlotta körpünü tərk etməyə razılaşıb və Deyv britaniyalı qadını növbəti stansiyaya aparıb. Orada onu polis qarşılayıb. Həmin gün qadın onu sosial şəbəkələrdə tapıb və dəstəyinə görə təşəkkür edib. Onlar ünsiyyət qurmağa başlayıblar, bu da cütlüyün görüşməsinə və münasibət qurmasına səbəb olub. Üç il sonra isə evləniblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3537
avatar

Oxşar yazılar