Kişini  qorxudub qaçıran   3 qadın xüsusiyyəti
15 mart 2024 18:34 (UTC +04:00)

Kişini qorxudub qaçıran 3 qadın xüsusiyyəti

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. 

Lent.az xarici KİV-ə istinadən kişiləri qorxudan qadın xüsusiyyətlərini təqdim edir:

Qeyri-müəyyənlik

Bəzən qadınların bir şeyə qərar verə bilməməsi, kişilərə sevimli gələ bilər. Ancaq bu hal çox uzun müddət davam edərsə, o zaman bezdirici olur. Karyera, gələcək və ya ailə münasibətlərinizin seçiminizdən asılı olduğu vəziyyətlər aiddir. Yenə də hər bir yetkin insan qərar qəbul etməyi və onlar üçün məsuliyyət daşımağı bacarmalıdır.

Qurban etmək

Bu, yalnız filmlər üçün yaxşı keyfiyyətdir. Partnyorunuz ümumi məqsədə çatmaq üçün dəstəyi və uyğunlaşmağı yüksək qiymətləndirəcəkdir. Qadının özünü itirməsi, prinsiplərini tərk etməsi və ancaq kişini razı salmaq istəkləri qəribə görünə bilər. Yadda saxlamaq lazımdır ki, bir insan üçün tamamilə "sadələşmək" münasibəti uçuruma aparan bir yoldur.

Narahatlıq

İlk baxışdan elə gəlir ki, sevdiyiniz insan üçün narahat olmaqda qəbahət yoxdur. Ancaq hər şeydə mülayimliyi axtarmaq lazımdır. Hər addımını nəzarətdə saxlayan, şorba yeməyə, papaq qoymağa məcbur edən partnyorun valideyni olmamaq üçün diqqətli davranmaq vacibdir.

# 4239
avatar

Fidan İlqar

Oxşar yazılar