Dörd sevgilisini zəhərləyib   800 milyon qazandı
01 oktyabr 2021 11:23 (UTC +04:00)

Dörd sevgilisini zəhərləyib 800 milyon qazandı

Yaponiyada sonuncu instansiya məhkəməsi 74 yaşlı serial qatil İsao Kakehinin apellyasiya şikayətini rədd edib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, pul qazanmaq üçün (ümumi məbləğ 800 miluon yen) cinayət törədən qadın edam cəzasına məhkum edilib.

Kakehi 2014-cü ildə həbs olunub. Üç il sonra, Kioto rayon Məhkəməsi onu ərini, iki otaq yoldaşını və bir cəhddə öldürməkdə günahkar bilib. Yaponiya tarixində ən uzun olduğu deyilən məhkəmə prosesi daha 4 il davam edib.

2021-ci ildə iş son instansiyaya - Ali Məhkəməyə çatıb, lakin o da onun şikayətini rədd edib.

Kakehi 2007-ci ildı ilk cinayətini törədib – 78 yaşlı sevgilisi Tosiaki Suehiroya dərman əvəzinə siyanid kapsulu verib. Zəhər korluğa və digər sağalmaz xəstəliklərə səbəb olsa da, kişi sağ qalıb və zəhərlənmə ilə əlaqəli olmayan səbəblərdən yalnız bir il yarım sonra ölüb.

2011-ci ildə bir qadın tanışlıq agentliyinin köməyi ilə yeni bir qurban seçib - 71 yaşlı Masanori Hondanı. 2021-ci ilin mart ayında, onunla tanış olduqdan sonra motosiklet sürərkən huşunu itirib və iki saatdan az bir müddət sonra xəstəxanada ölüb. Onun ölümünə qədər Kakehi, bir evlilik agentliyi vasitəsi ilə tapılan iki kişi ilə də tanış olmağa başlayıb.

Onun üçüncü qurbanı Kakehi ilə tanışlıqdan az əvvəl ağciyər xərçəngindən müalicə olunub sağalan 75 yaşlı Minoru Hioki olub. Suehiro kimi ona da siyanid kapsulu içirib. Təcili yardım gələndə isə ölümcül bir xəstəlikdən əziyyət çəkdiyini iddia edərək onun reanimasiyasını qadağan edib.
Hiokinin ölümündən iki ay keçəndən sonra qadın 75 yaşlı İsao Kakehiyə ərə gedib, toydan bir ay keçəndə daha bir gizli sevgili tapıb. 2013-cü ilin dekabr ayında onun yeni əri ölüb. Onun ölümü şübhəli sayıldığı üçün yarılıb. Mərhumun ürəyində, qanında və mədəsində ölümcül sianid dozası aşkar edilib.

İttiham tərəfinin versiyasına görə, kişilərin hamısının ölümünün motivi pulla bağlı olub. Kakehi Suehiroya 48 milyon yen borclu olub və zəhərləməklə bu məbləği ödəməkdən qurtaracağını düşünüb.

O, Hondanın ölümündən 16 milyon yenə yaxın qazanıb. Ölümlər isə ümumilikdə ona 500 mindən 800 milyon yenə qədər pul qazandırıb.

2017-ci il məhkəməsində Kakehi günahsız olduğunu iddia edib, sonra ərlərini nifrət səbəbindən öldürdüyünü söyləyib, ancaq iki gün sonra sözündən dönüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10821
avatar

Oxşar yazılar