Bu ölkədə bir qadının bir neçə kişisi olacaq
17 may 2021 19:44 (UTC +04:00)

Bu ölkədə bir qadının bir neçə kişisi olacaq

Cənubi Afrikada qadınların bir neçə ərinin olmasına icazə veriləcək.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, yerli hakimiyyət orqanları evlilik məsələlərində qanunun kişilər və qadınlar üçün eyni olmasının lazım olduğuna inanırlar.

Buna qədər ölkədə kişilərin çoxarvadlılığına razılıq verən qanun qəbul olunub. 

Ancaq konstitusiya kişi və qadınlar üçün eyni hüquqları tələb edir.

Hakimiyyət hesab edir ki, qanunlara hörmət edilməli və qadınlara, eləcə də kişilərə çoxlu həyat yoldaşı olmaq hüququ verilməlidir.

Hazırda yeni bir evlilik qanununun layihəsi ictimai müzakirəyə təqdim edilib. Bu məsələ ilə bağlı qərar iyunun axırlarında qəbul ediləcək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8130
avatar

Oxşar yazılar