
Maska taxmayan sürücü və sərnişinlər cərimələndi - FOTOLENT

Sumqayıtda koronavirusa qarşı nəzarət-profilaktik tədbirlər genişləndirilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, paytaxt Bakı ilə yanaşı Sumqayıt şəhərində də polis əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə gündəlik olaraq gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilir.
Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarından təşkil edilən mobil qruplar vasitəsi ilə şəhərin hər bir küçə və prospektində yerləşən obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.
Reydlər zamanı mağazalara maskasız daxil olan alıcılar və buna biganə qalan obyekt əməkdaşları müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə cərimələniblər. Tədbir zamanı sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.
Reyd zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər də Sumqayıt şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən edilərək cərimələniblər. Belə hallara yol verən avtobus sürücüləri barəsində ciddi tədbirlər görülüb. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb. Tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən Sumqayıt şəhər sakinləri ilə fərdi profilaktik söhbətlər aparılıb, onlara pandemiya ilə mübarizənin vacibliyi və qanunun tələbləri izah edilib.
Bir daha vətəndaşlarımızdan xahiş olunur ki, koronovirusun daha geniş miqyasda yayılmasına imkan verməmək üçün krantin qaydalarına əməl etsinlər.
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Bakının əsas prospektində qəza: tıxac yarandı
19 yanvar 2021 , 19:10
"Lotu Quli"nin məzarı üstündə atışma: ölən var
19 yanvar 2021 , 18:35
Məşhur rektor vəfat etdi
19 yanvar 2021 , 16:48
Bakıda maşının vurduğu qadın öldü
19 yanvar 2021 , 12:18
Əmisini öldürüb evini yandıran sabiq polis hakim qarşısına çıxarılır
19 yanvar 2021 , 11:36
Polietilen torbalarla bağlı daha bir XƏBƏRDARLIQ - əks halda...
19 yanvar 2021 , 11:22
İnternetdə 168 kiloluq narkotik alveri - Xüsusi ƏMƏLİYYAT
19 yanvar 2021 , 10:56
Yol Polisindən sürücülərə müraciət
19 yanvar 2021 , 10:41