İranda koronavirusdan daha 358 nəfər öldü
03 dekabr 2020 14:37 (UTC +04:00)

İranda koronavirusdan daha 358 nəfər öldü

İranda ötən sutka ərzində 358 nəfər koronavirusdan (COVID 19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 49 348 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 13 922 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 003 494 nəfərə yüksəlib.

# 1006
avatar

Oxşar yazılar