Koronavirus nə avtobusda, nə kafedə, nə də dükanda yayılır...  – Alimlərdən ŞOK AÇIQLAMA
03 dekabr 2020 12:06 (UTC +04:00)

Koronavirus nə avtobusda, nə kafedə, nə də dükanda yayılır... – Alimlərdən ŞOK AÇIQLAMA

Çinin elm adamları koronavirusa yoluxma riskinin ən yüksək olduğu məkanı açıqlayıb. 

Lent.az xaricə KİV-ə istinadən xəbər verir ki, Çinin elmi jurnallarından birində dərc edilən araşdırmanın nəticələri hər kəsin marağına səbəb olub.

Alimlər bu qənaətə gəliblər ki, insanlar daha çox yoluxma riskinə nə avtobusda, nə kafedə, nə təyyarədə, nə də ticarət mərkəzlərində məruz qalır. Sən demə, ən çox yoluxa biləcəyimiz məkan yaşadığımız evimizdir.

Kotai mütəxəssislərinin Uhanla həmsərhəd olan Hunan əyalətinin, təxminən 1200 xəstə sakini üzərində apardıqları araşdırmanın nəticələri bunu deməyə əsas verib. 

Çünki ailə üzvlərinin hər biri fərqli məkanlardan gəlir və bir yerdə daha çox təmasda olurlar. Ona görə də alimlər evdə də maska taxmağın qaçılamz olduğunu bəyan ediblər. 

Alimlər tibbi müəssisələrdə də yoluxma ehtimalının yüksək olduğunu üzə çıxarıblar. Bu, xəstəxana qarşısında yaranan uzun növbələrdə və s. baş verə bilir. Məhz buna görə Çində tibb müəssisələri qarşısında uzun növbələrə icazə verilmir.

# 16519
avatar

Oxşar yazılar