Balqabaq çiçəyi dolması: Bu yeməyi hazırlamaq üçün...
03 dekabr 2020 18:56 (UTC +04:00)

Balqabaq çiçəyi dolması: Bu yeməyi hazırlamaq üçün...

Tərəvəzlərin içini dolduraraq, yaxud yarpaqlara bükərək yemək bişirmək dünyada  olduqca geniş yayılan üsuldur. Bəziləri Mərkəzi və Cənubi Amerikadakı kimi qarğıdalı və banan yarpaqlarından, bəziləri də Uzaq Şərqdəki kimi palma və ya bambuk yarpaqlarından istifadə edirlər. Türkiyədə isə demək olar ki, hər tərəvəzin içi doldurula bilir.

Türkiyəlilər badımcandan tutmuş ənginara, kələmdən tutmuş pomidora, bibərdən tutmuş balqabağa qədər hər şeyi dolduraraq yemək bişirirlər. İçi doldurularaq bişirilən ən maraqlı şeylərdən biri də balqabaq çiçəyidir. Aralıq dənizi mətbəxində, İtaliya və ya Yunanıstanda balqabaq çiçəyi adətən, pendirlə doldurulub, qızardılaraq yeyilir. Türkiyədə isə ədviyyatlarla zənginləşdirilmiş düyüdən istifadə edilir və yemək qazanda bişir. Daha çox Egey dənizi və Aralıq dənizi bölgəsində bişirilən balqabaq çiçəyi dolmasının necə bişirildiyini öyrənmək istəyirsinizsə, diqqətiniz Lent.az-da olsun.

 Balqabaq çiçəyi dolması üçün lazım olan ərzaqlar:

 30 ədəd balqabaq çiçəyi;

2 ədəd xırda doğranmış baş soğan;

1 çay stəkanı zeytun yağı;

1 ədəd sürtkəcdən keçirilmiş pomidor;

1,5 su stəkanı düyü;

1/2 su stəkanı qaynar su;

1/4 dəstə incə doğranmış şüyüd;

1 çay qaşığı quru nanə;

1/3 çay qaşığı duz;

1/4 çay qaşığı üyüdülməmiş istiot dənələri.

Əvvəlcə balqabaq çiçəklərinin ucunda olan yaşıl hissələri tək-tək çıxardın. Çiçəklərin içində olan sarı hissələri yarpaqlara zərər vermədən diqqətli bir şəkildə kəsin. Zeytun yağının yarısını geniş bir qazanda isidin. Quru soğanları yumşalana qədər qovurun. Düyüləri yuyub, süzdükdən sonra qazanda şəffaf bir görünüş əldə edənə qədər soğanlarla birlikdə qovurun. Sürtkəcdən keçirilmiş pomidoru da əlavə edib qarışdırın. Sonra da istiotu, duzu və quru nanəni əlavə edin. Soğanlı düyünü ½ stəkan isti su ilə düyülərin suyu çəkilənədək zəif odda bişirin. Qazın altını keçirdikdən sonra dəm alması və soyuması üçün bir müddət gözləyin. Soyuyan dolmanı içinə xırda doğranmış şüyüdü da əlavə edərək yaxşıca qarışdırın.

Hazırladığınız dolmanı içindən az-az alıb, çiçəklərin iç hissələrini doldurun. Çiçəkləri üst hissəsindən içə doğru qatlayıb qatlama yeri altda qalacaq şəkildə qazana yerləşdirin. Qalan zeytun yağını üzərinə töküb, dolmaların yarısına gələcək qədər ilıq su əlavə edin. Dolmaların dağılmadan bişməsi üçün üstlərinə boşqab qoyun. Qazanının qapağını örtün və 10-15 dəqiqə zəif odda bişirin. İstəyə görə limon dilimləri ilə birlikdə ilıq və ya soyuq şəkildə süfrəyə verin.

Nuş olsun!

 

 

# 2410
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar