
“Koronavirusla mübarizədə vaksinə ümid bağlamaq olmaz” - RƏSMİ
“Bu gün koronavirusla bağlı kifayət qədər məlumat yoxdur”.
APA-nın məlumatına görə, bu gün keçirilən brifinqdə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.
O bildirib ki, bu gün küçədə siqaret çəkən insanların vasitəsilə də virus dövr edə bilər: “Taksilərdə də vəziyyət yaxşı deyil. Taksiyə minən kimi pəncərələri açmaq lazımdır. Son elmi tədqiqatlara əsasən, məlum olub ki, 4% insanlar genetik olaraq, özlərindən virusa qarşı maddə ifraz edə bilmirlər. Xəstəliklərin 10%-də əmələ gələn antitellər virusun yaşamasına mane ola bilmir. Virus öz yaşamanı bioloji olaraq davam etdirir. Virusu qidalandırmağı təmin etməsək, zənciri qıra bilərik. Bu səbəbdən deyilənlərə əməl etməsək, virusun daha da çoxalmasına səbəb olacağıq. Bu gün vaksin məsələsi hökumətin gündəmindədir. Vaksinlərin hamısı incələnir. Amma buna ümid bağlamaq olmaz. Sadəcə, sosial məsafəni azaldaraq, maska taxaraq, gigiyena qaydalarına əməl edərək, hələ ki, virusun yayılmasının qarşısını ala bilərik. Virus çoxluğu sevir. Sosial məsafəni qorumalıyıq”.

Oxşar yazılar

Yanğınların əsas səbəbləri və yanğın zamanı təhlükəsizliyə dair QAYDALAR
23 yanvar 2021 , 18:57
Kəlbəcərin Qamışlı kəndindən GÖRÜNTÜLƏR
23 yanvar 2021 , 17:50
SON STATİSTİKA: 162 yoluxma, 8 ölüm...
23 yanvar 2021 , 17:24
Əhaliyə vəhşi quşlarla bağlı RƏSMİ XƏBƏRDARLIQ
23 yanvar 2021 , 16:49
Ermənilər Zəngilan məzarlığında meyitlərin qızıl dişlərini çıxarıblar - "ZƏFƏRİN İZİ İLƏ" - VİDEO
23 yanvar 2021 , 15:38
Cəbrayılın Aşağı Maralyan kəndindən GÖRÜNTÜLƏR
23 yanvar 2021 , 14:53
Polis polkovniki sərəncama göndərildi
23 yanvar 2021 , 14:43
Ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB
23 yanvar 2021 , 14:34