"Uşağın qarşısında əyildim" - Xatun Əliyeva
02 dekabr 2020 15:00 (UTC +04:00)

"Uşağın qarşısında əyildim" - Xatun Əliyeva

"Nələrə rast gəldim bu yolda, kimləri gördüm. Səhv etdilər onları başa düşməyə çalışdım, dağıtdılar topladım. Bütün sevdiklərimə qucaq açdım, dosta, sirdaşa dar günündə yoldaş oldum".

Lent.az- xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva sosial şəbəkədə yazıb. Bir neçə gün əvvəl ad günü olan sənətçi etiraflar edib:

"Nə qaranlıqdakı yalnızlıqdan qorxdum, nə də parıldayan işıqlar gözümü qamaşdırdı. Böyük alqışlar almağıma baxmayaraq, şöhrət heç vaxt məni dəyişdirmədi.

Uşağın qarşısında əyildim, böyüyün əllərindən öpdüm, yaşıdıma bacı oldum. Hazırda dost bildiklərim yanımdadır... Ələkdən keçə bilməyənlər isə öz yalanlarında boğulmağı seçdilər. Xatun hər şeyi yaxşı görür, çox şeyi gözəl bilir, hamınızı əla tanıyır...

Bu yaşıma qədərki həyat mübarizəm, yaşadıqlarım, gördüyüm haqsızlıqlar və bütün çətinliklər tamaşaçı sevgisinə qurban olsun".

# 2476
avatar

Yalçın UĞUR

Oxşar yazılar