
Azərbaycanda koronavirusa qarşı peyvəndləmə nə vaxt başlayacaq? - NƏTİCƏNİ GÖZLƏMƏLİYİK

Türkiyədə dekabr ayının 11-dən koronavirusa qarşı peyvənd prosesi başlayacaq.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb. O bildirib ki, ilkin olaraq 50 milyon dozalıq peyvənd alınır. Peyvəndləməyə isə tibb işçilərindən başlanılacaq. Nazir yerli peyvəndin aprel ayında hazır olacağını da vurğulayıb.
Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir?
TƏBİB-dən Lent.az-a bildirilib ki, Azərbaycanda bu sahədə hələ ki veriləcək məlumat yoxdur: "Hər hansı təsdiqlənmiş peyvənd olarsa, Azərbaycan da alacaq".
Professor Adil Qeybulla isə bildirib ki, hazırda bütün peyvənd namizədləri sınaq mərhələsini tam başa vurmayıb: "Vurulan peyvəndlərin hansı nəticəni göstərəcəyi tam bilinmir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş peyvənd olmadığı üçün mövcud peyvəndlərin tam effektiv olacağını deyə bilmərik".
Onun sözlərinə görə, real nəticə almaq üçün təsdiq olunmuş peyvəndi gözləmək daha doğru olar: "Məsələn, Rusiyada namizəd peyvənd vurulmuş iki şəxsdə koronavirusa yoluxma qeydə alınıb".

Aygün İbrahimli
Oxşar yazılar

Yanğınların əsas səbəbləri və yanğın zamanı təhlükəsizliyə dair QAYDALAR
23 yanvar 2021 , 18:57
Kəlbəcərin Qamışlı kəndindən GÖRÜNTÜLƏR
23 yanvar 2021 , 17:50
SON STATİSTİKA: 162 yoluxma, 8 ölüm...
23 yanvar 2021 , 17:24
Əhaliyə vəhşi quşlarla bağlı RƏSMİ XƏBƏRDARLIQ
23 yanvar 2021 , 16:49
Ermənilər Zəngilan məzarlığında meyitlərin qızıl dişlərini çıxarıblar - "ZƏFƏRİN İZİ İLƏ" - VİDEO
23 yanvar 2021 , 15:38
Cəbrayılın Aşağı Maralyan kəndindən GÖRÜNTÜLƏR
23 yanvar 2021 , 14:53
Polis polkovniki sərəncama göndərildi
23 yanvar 2021 , 14:43
Ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB
23 yanvar 2021 , 14:34