
Fransada aksiyalar zamanı 62 polis əməkdaşı yaralanıb
Fransada 28 noyabr mitinqində 62 polis əməkdaşının yaralandığı bildirilir.
APA bildirir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin verdiyi məlumata görə, 23 polis əməkdaşı Parisdəki, qalanı isə əyalətlərdəki etiraz aksiyaları zamanı yaralanıb.
Eyni zamanda bildirilir ki, aksiya iştirakçısı olan 2 nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı Baş Polis Müfəttişliyinə şikayət edib.
Qeyd edək ki, ötən gün Fransada 130 mindən çox insan məlumat azadlığına dəstək məqsədilə keçirilən etiraz aksiyalarında iştirak edib.

Oxşar yazılar

SOS: 20 ildən sonra meşələrin yarısı karbon ifraz etməyə başlayacaq
19 yanvar 2021 , 19:52Sudanda qan su yerinə axdı: 129 ölü, 198 yaralı
19 yanvar 2021 , 07:14
Çexiyanın XİN rəhbəri koronavirusa yoluxdu
18 yanvar 2021 , 20:28
Koronavirusun qorxusundan üç ay hava limanında yaşadı
18 yanvar 2021 , 19:38
Navalnı barəsində həbs qərarı verildi
18 yanvar 2021 , 18:05
Aleksey Navalnı Moskvada saxlanıldı
17 yanvar 2021 , 22:32
Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydləri hara gedib? - ÜSTÜ AÇILDI
17 yanvar 2021 , 19:01
Türkiyədə Rusiya gəmisi batdı
17 yanvar 2021 , 14:41