
Bakı Dövlət Universitetinin işçi heyətinə də smart Təhsil kartı təqdim edildi
Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetinin işçi heyətinə "Kapital Bank"ın smart Təhsil kartları təqdim edilib. Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Bankın və Bakı Dövlət Universitetinin təşəbbüsü, Kapital Bank və Mastercard-ın dəstəyi ilə həyata keçirilib.
Məlumat üçün qeyd edək ki, smart Təhsil kartı vasitəsilə ali və orta ixtisas təhsil müəssisələrinin işçi heyəti məvaciblərini alacaq, eyni zamanda ölkə daxilində və xaricdə həmin kartlarla ödənişlər həyata keçirəcəklər. Həmçinin smart kartdan universitet, kitabxana və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə bu kartların əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, müəllimlər üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadəsi də nəzərdə tutulub.
Qeyd edək ki, indiyədək "Kapital Bank" tərəfindən smart Təhsil kartları Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi təhsili müəssisələrinin təhsilalanlarına təqdim edilib. Gələcəkdə digər ali və orta ixtisas təhsil müəssisələrinin təhsilalanlarına və işçi heyətinə də analoji kartlar verilməsi nəzərdə tutulur.

Oxşar yazılar

Hərbçilərin aylıq maaşının azalması iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
22 yanvar 2021 , 18:58
“Azercell” nümunəvi xidmət keyfiyyəti ilə daim irəlidə
22 yanvar 2021 , 17:51
Avtobus və taksi istifadəçilərinin sayı kəskin azaldı - RƏSMİ
22 yanvar 2021 , 14:23
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradıldı
22 yanvar 2021 , 14:00
Xəzərdə tarix yazıldı: "Dostluq" qalib gəldi
21 yanvar 2021 , 18:07
“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir
21 yanvar 2021 , 16:23
Makqreqor - Porye qarşıdurmasına 1xBet-dən "Risk etmədən mərc"
21 yanvar 2021 , 16:20
Unibank müştəriləri üçün vacib məlumat!
21 yanvar 2021 , 16:15