Çoxmənzilli yaşayış binasında yanğın oldu
23 noyabr 2020 20:12 (UTC +04:00)

Çoxmənzilli yaşayış binasında yanğın oldu

Zaqatala şəhərinin Sülh küçəsində axşam saat 19 radələrində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində F.Aslanova məxsus üçotaqlı mənzildə yanğın baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası  və şəxsi heyəti cəlb edilib. 

Yanğınsöndürənlərin səyi nəticəsindən yanğının genişlənərək digər mənzillərə keçməsinin qarşısı dərhal alınıb. 

Yanğın nəticəsində mənzilin 9 kv/m-lik mətbəxinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1983

Oxşar yazılar