Xarici kəşfiyyata casusluq edən ər-arvad MƏHKƏMƏDƏ
20 noyabr 2020 15:23 (UTC +04:00)

Xarici kəşfiyyata casusluq edən ər-arvad MƏHKƏMƏDƏ

Xarici xüsusi xidmət orqanına casusluq edən Həbib Abbasquliyev və Lamiyə Abbasquliyevaya açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində baş tutacaq prosesə hakim Camal Ramazanov sədrlik edəcək.

Qeyd edək ki, bu il iyulun 30-da Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əks-kəşfiyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, Azərbaycan Respublikasının vətəndaşları - Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Müəyyən edilib ki, xarici xüsusi xidmət orqanı tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə fəaliyyət göstərərək, müxtəlif ölkələrin ərazisində xarici xüsusi xidmət orqanının nümayəndələri ilə keçirilmiş gizli görüşlərdə verilmiş tapşırıqlara əsasən, dövlət sirri təşkil edən məlumatları və digər informasiyaları müntəzəm surətdə toplayaraq onlara təqdim ediblər.

Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

# 2500
avatar

Mehman Nəbiyev

Oxşar yazılar