3111
14:32
19 Noyabr 2020

Koronavirusa yoluxmanın artmasının səbəbi AÇIQLANDI

“Artıq Türkiyədə də sərtləşmələr elan olunub, Rusiyada isə regionlarda sərtləşmələr həyata keçirilir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Operativ Qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, indiyə qədər Azərbaycanda lokal sərtləşmələrə gedilib: “Ancaq bu, gözlənilən nəticəni verməyib. Bunun səbəbi insanların kütləvi şəkildə toplanmasıdır. İnsanların bir yerə nə üçün toplandığını bilirik. Həmin tədbirlərdə tək gənc deyil, yaşlı insanlar da iştirak edir. Bu da ağırlaşma hallarının artmasına gətirib çıxarır. Bir daha xahiş edirəm, kütləvi şəkildə bir yerə toplaşmayın. İnsanlar evlərdə kütləvi bir yerə toplaşırlar, ailə içində, tam ailə şəklində yoluxmalar çoxdur. Gənclər evdə müalicə olunur, yaşlılar isə poliklinikalara, xəstəxanalar düşürlər. Biz sosial məsafəni qorumalı, maskalardan istifadə etməliyik”.

Dİgər xəbərlər