Azərbaycanlıların yaşadığı Rusiyanın Dərbənd şəhərində yağan yağış və sel fəsadlara səbəb olub.
Lent.az-ın yerli mənbələrdən əldə etdiyi məlumata görə, məşhur Dərbənd qalasının cənub hissəsində yerləşən orta qala qapısı və ətrafını sel suları yuyaraq dağıdıb.
Xatırladaq ki, qədim Dərbənd qalası “UNESKO”nun ümumdünya irsi siyahısına düşüb.