Koronavirus xəstəsi komendant postunda saxlanıldı
17 noyabr 2020 13:18 (UTC +04:00)

Koronavirus xəstəsi komendant postunda saxlanıldı

Qubada COVİD-19 virusuna yoluxmuş 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, noyabrın 16-da Quba şəhəri ərazisində qurulmuş karantin postunda koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş Xaçmaz rayon sakini Z.Kərimova saxlanılıb. Müəyyən edilib ki, Z.Kərimovanın koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunaraq, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.

Polis əməkdaşları əraziyə həkim briqadası dəvət edib və qadın Təcili Tibbi Yardım avtomobili ilə yaşadığı ünvana yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1013

Oxşar yazılar