Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan istefa verib.
Lent.az Ermənistan KİV-nə istinadla bildirir ki, bu haqda Xarixi İşlər Nazirliyinin mətbuat katibi Anna Naqladyan məlumat yayıb.
Naqdalyan, Zohrab Mnatsakanyanın açıqlamasının bir surətini də yayıb.
"Xahiş edirəm istefamı qəbul edin. Etibarınız və komanda işiniz üçün təşəkkür edirəm", - açıqlamada deyilir.