Türkiyədə COVID-19-dan daha 89 nəfər ölüb
15 noyabr 2020 20:22 (UTC +04:00)

Türkiyədə COVID-19-dan daha 89 nəfər ölüb

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 89 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca koronavirusla bağlı son statistikanı açıqlayarkən bildirib. 

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 142 496 şübhəli koronavirus testindən keçib, onlardan 3223-nün cavabı pozitiv çıxıb, 2561 xəstə isə sağalaraq evə buraxılıb. 

Ağır xəstə sayı 3439 nəfər olub.   

Türkiyədə indiyədək 414 278 nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 11 507   nəfər ölüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10373

Oxşar yazılar