AVRO-2020-nin bütün iştirakçıları müəyyənləşdi
13 noyabr 2020 03:39 (UTC +04:00)

AVRO-2020-nin bütün iştirakçıları müəyyənləşdi

 

Avropa çempionatının bütün iştirakçılarının adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, bu gün keçirilən pley-off oyunlarının ardından son 4 xoşbəxt komanda bilinib.

Bunlar Şimali Makedoniya, Macarıstan, Slovakiya və Şotlandiyadır. Adıçəkilən komandalar Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna, Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya, Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya, Uels və Finlandiya ilə final mərhələsində yer alacaqlar.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 2021-ci ilin yayına təxirə salınan AVRO-2020-nin matçları Bakı da daxil olmaqla qitənin 12 şəhərində baş tutmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 845

Oxşar yazılar