103
17:30
11 Noyabr 2020

Füzulinin azad olunan kəndində ağac əkildi - FOTO

Türkiyənin Təsərrüfat və Meşəçilik Nazirliyinin təşəbbüsü ilə “Gələcəyə nəfəs ol!” şüarı altında keçirilən kütləvi ağacəkmə aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın bütün bölgələrində olduğu kimi Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də ağac əkilib.

Lent.az xəbər verir ki, bunu jurnalistlərə nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, nazirliyin əməkdaşları ərazidə əsasən Şərq çinarları əkib və palıd toxumları səpilib.

Dİgər xəbərlər