Binəqədi rayonu ərazisindəki oyun zallarının birindən 8250 manat dəyərində 5 ədəd televizor, 10 ədəd kompyüter və 5 ədəd oyun aparatı oğurlanıb.
Lent.az DİN mətbuat xidmətinə istinadən bildirir ki, Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini M.Paşayev saxlanılıb.