Prezidentin köməkçisi: "Ermənistan Azərbaycanın mülki vətəndaşlarına qarşı cinayətlərini davam etdirir"
07 noyabr 2020 18:48 (UTC +04:00)

Prezidentin köməkçisi: "Ermənistan Azərbaycanın mülki vətəndaşlarına qarşı cinayətlərini davam etdirir"


"Ermənistan tərəfi Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdiyi cinayətləri davam etdirir".

APA-nın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.

O bildirib ki, Ermənistanın bu gün Bərdə və Tərtəri atəşə tutması nəticəsində bir yeniyetmə həlak olub, bir nəfər isə yaralanıb: "Ermənistan tərəfindən öldürülən mülki şəxslərin sayı artır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1302

Oxşar yazılar