79
12:19
05 Noyabr 2020

Bakıda lombarda basqın edildi

Noyabrın 4-də saat 12.45-də Nizami rayonu ərazisindəki lombardların birindən rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

DİN mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, dərhal hadisə yerinə gələn Nizami rayon Mühafizə İdarəsinin əməkdaşları orada tapançaya oxşar əşya ilə hədə-qorxu gəlib pul tələb edən naməlum şəxsi saxlayaraq 25-ci Polis Şöbəsinə təhvil veriblər.

Araşdırmalarla quldurluğu törətməkdə şübhəli bilinən həmin şəxsin paytaxt sakini E.İsgəndərov və əlindəki tapançaya oxşar əşyanın isə alışqan tapança olması müəyyən edilib.

Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Dİgər xəbərlər