Keçmiş məhkumdan silah və narkotik tapıldı
04 noyabr 2020 11:29 (UTC +04:00)

Keçmiş məhkumdan silah və narkotik tapıldı

Zaqatalada keçmiş məhkumdan odlu silah və heroin götürülüb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini, əvvəllər də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğuna görə məhkum olunmuş Zaur Səlimov idarə etdiyi “Mercedes” markalı avtomobillə birgə saxlanılıb. Şəxsi axtarış zamanı ondan və idarə etdiyi avtomobildən “Makarov” markalı tapança və 3 ədəd patron, həmçinin bükümlərdə narkotik vasitə olan heroin, metamfetamin aşkar edilərək götürülüb. Z.Səlimov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1151

Oxşar yazılar