115
15:08
03 Noyabr 2020

"Azərbaycanı yalnız buraxmamız mümkün deyil" - Çavuşoğlu

“Azərbaycan hüquqi baxımdan da, mənəvi baxımdan da haqlıdır”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin suallarını cavablandırarkən deyib.

Azərbaycandan yeni səfərdən qayıdan nazir deyib ki, Türkiyənin bütün məsələlərdə olduğu kimi, Qarabağ problemində də qardaş Azərbaycanın yanında olması üçün Prezident Rəcəb Tayyib Ərdoğanın xüsusi təlimatı var: “Yaxşı gündə də, pis gündə də qardaş Azərbaycanın yanındayıq. Bu çətin günlərdə, haqlı mübarizəsində də Azərbaycanı yalnız buraxmamız mümkün deyil. Bakıya səfərimiz də bu çərçivədə oldu. Döyüş meydanındakı uğurlar və eyni zamanda diplomatik sahədə mübarizə ilə əlaqədar müzakirələrimiz oldu”.

M. Çavuşoğlu bildirib ki, Azərbaycanla mütəmadi əlaqələr davam edir: “Bu gün yenə məlumatlar aldıq. Xarici işlər naziri Ceyhun Bayramovla əlaqə saxlayırıq. Cənab Prezidentimiz də Cənab İlham Əliyevlə birbaşa ünsiyyətdə olur. Əlaqədar qurumlarımız mütəmadi əməkdaşlıq edir. Azərbaycan 30 ildir, işğalda olan torpaqlarını geri almaq üçün mübarizə aparır və bu mübarizədə də bundan sonra da qardaş Azərbaycanın yanında olacağıq”.

Dİgər xəbərlər