Xuliqanlıq edən odlu silahla saxlanıldı
02 noyabr 2020 16:45 (UTC +04:00)

Xuliqanlıq edən odlu silahla saxlanıldı

Astara rayonu, Maşxan kənd sakini E.Məmmədov Polis Şöbəsinə müraciət edərək şəhər ərazisindəki bazarda Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elvin Hüseynov tərəfindən döyüldüyünü bildirib.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən Elvin Hüseynov saxlanılıb. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı və lüləsi kəsilmiş ov tüfəngi, 1 ədəd patron və 3 qram narkotik vasitə tiryək aşkar edilərək götürülüb

Faktla əlaqədar Astara rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 911

Oxşar yazılar