"Diplomatik korpusun nümayəndələri könüllü olaraq Tərtərə gedir" - Hikmət Hacıyev
29 oktyabr 2020 13:08 (UTC +04:00)

"Diplomatik korpusun nümayəndələri könüllü olaraq Tərtərə gedir" - Hikmət Hacıyev

Diplomatik korpus və beynəlxalq media nümayəndələri Tərtər şəhərinə gedir.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün "Twitter" hesabında məlumat verib:

"İndi diplomatik korpus və beynəlxalq media nümayəndələri ilə Tərtərə gedirik. Hərbiçilərin dediyi kimi, erməni tərəfi Tərtər rayonu ətrafına hücum edir. Ancaq diplomatik korpus nümayəndələri könüllü olaraq Azərbaycanın Stalinqradı Tərtərə getməyə qərar verdi. Həmrəylik üçün təşəkkürlər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1094

Oxşar yazılar