Bazarda döyüb 2500 manatını aldılar
26 oktyabr 2020 13:09 (UTC +04:00)

Bazarda döyüb 2500 manatını aldılar

Bakıda soyğunçuluq hadisəsi baş verib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Süleymanov oktyabrın 25-də Q.Qarayev prospektindəki bazarda bir nəfərin ona zor tətbiq edib 2500 manat pulunu aldığını bildirib.

24-cü Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini O.Bayramlı müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

# 610
avatar

Mehman Nəbiyev

Oxşar yazılar