22
10:15
24 Oktyabr 2020

Iki azərbaycanlı İnterpol xətti ilə axtarışa verildi - FOTO

Rusiya hüquq-mühafizə orqanları iki azərbaycanlını beynəlxalq axtarışa verib.

APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, 1976-cı ildə Şamaxıda anadan olan Bəylər Niftəliyev zorakılıq və soyğunçuluqda, 1986-cı ildə Naxçıvan Muxtar Respublikasında anadan olan Əli Əliyev isə sağlamlığa ağır zərbə vurma və soyğunçuluqda təqsirli bilinir.

Hər iki şəxs barəsində Rusiya məhkəmələri tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib və onların saxlanması ilə bağlı İnterpola müraciət edilib.

Dİgər xəbərlər