13
14:48
23 Oktyabr 2020

Gələn ay koronavirusa yoluxma pik həddə çata bilər - Azərbaycanlı alimdən XƏBƏRDARLIQ

“Bütün növ koronavirus infeksiyasına ən çox yoluxmanın qeydə alındığı aylar məlum olub”.

Bu barədə Lent.az -a Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib. Onun sözlərinə görə, bu günə qədər aparılan elmi tədqiqatlara əsasən, may və noyabr ayında koronaviruslara yoluxma digər aylara nisbətən daha çox olur və bu COVID-19-a da aid edilir:

"Bu da onu deməyə əsas verir ki, hər kəs noyabr ayı üçün mütləq olaraq məsuliyyətli və ehtiyatlı olmalıdır. Əgər indidən deyilən qaydalara əməl olunarsa yoluxmaların sayı noyabrda çoxalmaya bilər, əks halda vəziyyət ciddi şəkildə dəyişə bilər".

Tibb elmləri doktoru həmçinin bildirib ki, ən yeni elmi tədqiqatlara əsasən, koronavirusun digər növlərinə yoluxan insanlarda yaranan immunitet COVID-19-a yoluxma zamanı kömək edir:

"Həmin insanlarda qazanılan immunitetin COVID-19-a yoluxmanın qarşısını almaqda və yaxud xəstəliyi çox yüngül keçirməkdə müsbət təsirləri var. Tədqiqatlarda əlavə olaraq qeyd olunur ki, bir insan yaşadığı dövr ərzində nə qədər koronavirusun digər növlərinə yoluxubsa, COVID-a yoluxan zaman xəstəliyi bir o qədər yüngül keçirir".

Dİgər xəbərlər