42
16:14
21 Oktyabr 2020

DİN -dən vətəndaşlara XƏBƏRDARLIQ

Vətəndaşlar tərəfindən daxili işlər orqanlarına edilən bütün müraciətlər operativ şəkildə araşdırılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülür.

DİN mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, əhalinin nəzərinə bir daha çatdırılır ki, qanunvericiliyə uyğun olaraq təhlükəsizlik tələblərinin pozulması, insanların həyatına və sağlamlığına, ictimai asayişə təhlükə yarada biləcək və ya terror şübhəsi halları ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng mərkəzinə məlumat verilməlidir.

Bununla yanaşı, xatırladırıq ki, bilərəkdən yalan məlumatlar verməklə insanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirləri görüləcək.

Dİgər xəbərlər