131
11:45
21 Oktyabr 2020

Məktəbin noutbukları oğurlandı

Gəncədə məktəbdən oğurluq edilib.

DİN mətbuat xidmətindən Lent.az -a verilən xəbərə görə, oktyabrın 17-də şəhərin Nizami rayonunun Yeni Gəncə qəsəbəsindəki orta məktəblərdən birinin kompyüter otağından 2700 manat dəyərində 9 ədəd noutbuk oğurlanıb.

Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən qəsəbə sakinləri E.Həsənov və bir yeniyetmə saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər