Bakı klubunun baş məşqçisi 5 oyunluq cəzalandırıldı
20 oktyabr 2020 13:42 (UTC +04:00)

Bakı klubunun baş məşqçisi 5 oyunluq cəzalandırıldı

Bakının MOİK klubunun baş məşqçisi Ramil Əliyev cəzalandırılıb.

Apasport.az saytının məlumatına görə, AFFA-nın İntizam Komitəsi çalışdırıcını 5 oyunluq diskvalifikasiya edib.

Buna səbəb Əliyevin I divizionun II turunun MOİK – “Turan Tovuz” oyunundakı hərəkəti səbəb olub. Görüşün 55-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə meydançadan kənarlaşdırılan baş məşqçinin hərəkəti üzündən klubu da 400 manat cərimələnib.

# 676
avatar

Oxşar yazılar