38
09:07
19 Oktyabr 2020

Bakıda ev, Qubada transformator yandı

Bakıda və Qubada yanğın hadisəsi olub.

Lent.az FHN-in rəsmi saytına istinadla xəbər verir ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 400 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 65 m² sahədə və dam örtüyü 100 m² sahədə yanıb. Yüksək temperaturdan ev əşyaları 35 m² sahədə və dam örtüyünün taxta atmaları 100 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Quba rayonunda transformatorun yağı və sarğıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Dİgər xəbərlər