Siyəzəndə iki maşın toqquşdu: ölən var
18 oktyabr 2020 18:10 (UTC +04:00)

Siyəzəndə iki maşın toqquşdu: ölən var

Siyəzəndə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Siyəzən şəhər sakini E.Əsgərovun idarə etdiyi “VAZ-2107” və  Bakı şəhər sakini E.Səmədovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub, sonradan E.Səmədov idarəetməni itirərək yolun kənarında olan Siyəzən şəhər sakini Məsumə İslamovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

# 793
avatar

Mehman Nəbiyev

Oxşar yazılar