Dağlıq Qarabağda baş verənlərə Azərbaycanda oynamış legioner futbolçular da biganə qalmayıb.
Apasport.az saytının məlumatına görə, erməni terrorçuların münaqişə bölgəsindən uzaqda yerləşən əraziləri raket atəşinə tutması futbolçuların qəzəbinə tuş gəlib.
Gəncədə yaşayan mülki əhalinin düşmən təxribatının qurbanı olması legionerlərin paylaşımlarında da əksini tapıb. “Qarabağ”ın sabiq hücumçusu, CAR yığmasının üzvü Dino Ndlovu, “Neftçi”də forma geyinmiş paraqvaylı yarımmüdafiəçi Erik Ramos, ölkəmizdə üç klubda oynamış Denis Silva, “Sumqayıt”ın keçmiş israilli futbolçusu Əmir Ağayev bununla bağlı paylaşımlar ediblər.
Sonuncu kimi milliləşdirilən legionerlər də hadisələrə biganə qalmayıb. “Qarabağ”ın və yığmamızın şərəfini qorumuş braziliyalı Riçard Almeyda, həmçinin millimizə cəlb olunan almaniyalı Rüfət Dadaşov da Gəncədə baş verənlərə münasibət bildirib.
Uzun illər “Qarabağ”da çıxış etmiş Ansi Aqolli isə “Qarabağ Azərbaycandır” paylaşımı ilə haqq səsinə qoşulub.
Hazırda “Qarabağ”ın şərəfini qoruyan Haiti millisinin üzvü Donald Gerye də digər əcnəbilərdən geri qalmayıb.

Azərbaycanda oynamış əcnəbi futbolçulardan Gəncə terroruna MÜNASİBƏT
Oxşar yazılar

Milyard necə bölündü? - Klublararası dünya çempionatında komandaların qazancı
15 iyul 2025 , 20:15
“Real” gənc oyunçunu 50 milyon avroya geri qaytardı - indi satışa hazırlaşırlar
15 iyul 2025 , 19:07
Tramp tarixin ən yaxşı futbolçusunun adını çəkdi
15 iyul 2025 , 11:53
PSJ onu almaq üçün 3 oyunçunu satır
15 iyul 2025 , 09:54
Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 04:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06