12:00
18 Oktyabr 2020

Sabahın hava PROQNOZU

Oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 22-25, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

Dİgər xəbərlər