18:56
17 Oktyabr 2020

Çində eyni vaxtda "4 GÜNƏŞ" ÇIXIB - VİDEO

Çində səmada eyni anda 4 Günəş görünüb. Nadir təbiət hadisələri görənləri təəccübləndirib.

Lent.az Türkiyə mətbuatına istinadan bildirir ki, Çinin şimalındakı Xelençuzyan əyalətində səhər oyananlar göydə dörd günəşlə qarşılaşıblar.

Əslində, günəşlərdən biri həqiqi, digərləri isə işığın əks olunması olub.

Parheli kimi tanınan nadir təbiət hadisəsi bir neçə saat davam edib.

"Yalançı günəşlər" müxtəlif tərəflərdən görüntülənib.

Parheli və ya saxta günəş, işığın atmosferdəki kiçik buz kristallarında ək olunması ilə meydana gəlir.

Dİgər xəbərlər