13:18
14 Oktyabr 2020

Düşmən təcavüzü daha 1 məktəbə ziyan vurdu - RƏSMİ

Düşmən təcavüzü nəticəsində daha bir ümumi təhsil müəssisəsi dağıntılara məruz qalıb.

Təhsil Nazirliyindən Lent.az -a verilən məlumata görə, oktyabrın 14-də Erməni Silahlı Qüvvələrinin Tərtər şəhərini və kəndlərini ağır artilleriyadan atəşə tutması nəticəsində Düyərli kənd ümumi orta məktəbinə ziyan dəyib. Məktəbin həyətinə top mərmisinin düşməsi nəticəsində təhsil müəssisəsinin tədris korpusu yararsız hala düşüb.

Qeyd edək ki, bu günədək 40-a yaxın ümumi təhsil müəssisəsinə düşmən təcavüzü nəticəsində zərər dəyib.

Dİgər xəbərlər